Türkiyənin tanınmış müğənnisi Kənan Doğulu Bakıda konsert verəcək. Müğənni sentyabrın 23-də Yaşıl Teatrda pərəstişkarlarının görüşünə gələcək. Kənan Doğulu budəfəki konsertində tam yeni proqramla çıxış edəcək, yeni mahnılarını Bakı tamaşaçısına təqdim edəcək. Bu, Kənan Doğulunun Bakıda ikinci konsertidir. Müğənni bir neçə il əvvəl Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.