Avqustun 24-28-də Sloveniyanın paytaxtı Lyublyana şəhərində Beynəlxalq Ənənəvi Musiqi Şurasının “Müxtəlif yer və vaxtlarda ənənəvi musiqi və rəqs ilə Avropa musiqi mədəniyyətinin görüşü” adlı elmi konfransı keçirilir. Tədbir İmago Sloveniae, Sloveniyanın Mədəni və Etnomusiqi Cəmiyyəti və digər təşkilatların dəstəyi ilə Lyublyana Universitetində təşkil olunur.
   Ənənəvi musiqi və müqayisəli musiqişünaslıqla bağlı tədqiqat işləri, müasir etnomusiqi tendensiyaları, ənənəvi musiqinin globallaşma, milli hərəkatlarda rolu və s mövzuların müzakirə olunması nəzərdə tutulub.
   Tədbirdə iştirak etmək və məruzə ilə çıxış etmək məqsədilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Azərbaycan tərəfindən eksperti Sənubər Bağırova Sloveniyaya ezam olunub.