Müğənni Murad Sadıxov Moskvada keçirilən əlillərin 3-cü beynəlxalq “Sərhədsiz həyat imkanları” yaradıcılıq festivalında Azərbaycanı uğurla təmsil edib. O, “Vokal ifaçılığı” nominasiyasında qran-pri mükafatına layiq görülüb.
   M.Sadıxovun vokal müəllimi, Milli Konservatoriyanın dosenti, Əməkdar müəllim Məryəm Babayeva bildirib ki, festivalın məqsədi sağlamlıq imkanları məhdud olan gənclərin istedad və bacarıqlarını inkişaf etdirmək, onlara qayğı göstərmək, eləcə də beynəlxalq təşkilatların diqqətini onlara yönəltməkdir.