Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimov oktyabrın 26-dan 30-dək Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək 11-ci WOMEX (World Music Expo) dünya etnik musiqiləri Beynəlxalq festivalında iştirak edəcək. Xalq artisti festivala “Qarabağ triosu” ilə birlikdə iştirak edəcəyini deyib.
   ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçilərinin təmsil olunacağı festivalda xanəndəni əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət edəcəklər. Bu festivalda Azərbaycan ilk dəfə təmsil olunur.
   M.İbrahimov onu da bildirib ki, hazırda təşkilatçılar tərəfindən CD hazırlanır. CD-də hər ölkə təmsilçilərinin ifaları toplanacaq və festival iştirakçılarına paylanacaq. Albomda Azərbaycanın “Qarabağ triosu”nun ifasında “Qarabağ şikəstəsi” yer alacaq.