Sentyabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubu növbəti tədbirini keçirəcək. Niyazinin mənzil-muzeyində keçiriləcək tədbirdə Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik və caz musiqiləri ifa olunacaq. Bu musiqilər klarnet, fortepiano və skripka alətlərində gənc musiqiçilərin ifasında səslənəcək.