Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Konsert proqramı şəhərin baş meydanında təşkil olunub.
   “Nizami dünyası” adlı ədəbi-bədii proqramda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” mahnı və rəqs ansamblı iştirak edib. Konsert proqramı böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürası ilə başlanıb. Ansambl üzvlərinin ifasında ulu Nizaminin sözlərinə bəstələnmiş “Sənsiz” romansı da səsləndirilib.
   Qeyd edək ki, Nizami Gəncəvinin anadan olmasının 870 illik yubiley tədbirləri oktyabr ayında böyük təntənə ilə qeyd olunacaq.