Sentyabrın 6-da Sankt-Peterburqda Q.R.Derjavinin muzey-malikanəsində XIV beynəlxalq “Early music” qədim musiqi festivalı çərçivəsində Azərbaycan muğamı axşamı olub.
   Muğam axşamı Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə təşkil edilib. Sankt-Peterburqda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, yerli və xarici qonaqların iştirak etdiyi konsertdə Teyyub Aslanov (xanəndə), Mirnazim Əsədullayev (kamança) və Faiq Çələbidən (tar) ibarət muğam triosunun ifasında muğam əsərləri səslənib. İfaçılarımızın çıxışları alqışlarla qarşılanıb. Tədbir Rusiya mediasında işıqlandırılıb.
   Sankt-Peterburdakı Britaniya Şurası tərəfindən təsis edilmiş “Early music” Şərqi Avropada ən iri qədim musiqi festivalı, Rusiyanın mədəni həyatında mühüm hadisələrdən biridir.