Gürcüstan paytaxtında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev və məşhur gürcü bəstəkarı Aleksi Maçavarianinin əsərlərinin səslənəcəyi konsert olacaq. Bu barədə məlumat verən Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nikoloz Rurua deyib ki, hər iki bəstəkar uzun illər dost olub: “Konsertə Azərbaycandan da nümayəndə heyəti gələcək. Biz Azərbaycanla çox sıx dostluq şəraitində fəaliyyət göstəririk”. Gürcü nazir bu yaxınlarda Bakıya səfəri gedişində həmkarı Əbülfəs Qarayevlə Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və digər vacib məsələlər barədə ətraflı danışıqlar aparıldığını bildirib.