Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas məktəb-studiyasının tələbələri Bolqarıstanda keçirilən beynəlxalq müsabiqədə iştirak ediblər. 
   Akademiyadan verilən məlumata görə, Vüsalə Babayeva və Anna Biryukova müsabiqədə uğur qazanıblar. Bu, BMA şagirdlərinin hər il Dobriç şəhərində keçirilən Beynəlxalq Gənc İfaçıların “Ümidlər. İstedadlar. Bacarıqlar” müsabiqəsində sayca üçüncü qələbəsidir.
   XVI Beynəlxalq Gənc ifaçıların “Ümidlər. İstedadlar. Bacarıqlar” müsabiqəsində Avropadan, Asiyadan, Şimali və Cənubi Amerikadan, Avstraliyadan olan musiqiçilər iştirak edib. Pianoçularımız Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, əcnəbi musiqiçilərin marağına səbəb olan Azərbaycan bəstəkarları Qara Qarayev və Arif Məlikovun əsərlərini də ifa ediblər. Vüsalə Babayeva müsabiqədə ikinci yaş qrupu üzrə (12-14 yaş) birinci olub. Üçüncü yaş qrupunda çıxış edən Anna Biryukova isə üçüncü yeri tutub.