Moldovanın paytaxtı Kişineuda simfonik dirijorların II Beynəlxalq müsabiqəsi keçirilir.
   
   Azərbaycanın Moldovadakı səfirliyindən bildiriblər ki, müsabiqənin təşkilatçıları Moldovanın Mədəniyyət Nazirliyi, Sergey Lunkeviç adına Milli Filarmoniya, Kişineu meriyası və Mixail Eminesku adına Rumın Mədəniyyət İnstitutudur.
   Dünyanın 23 ölkəsindən 32 namizədin iştirak etdiyi müsabiqə üç turdan ibarətdir. Müsabiqənin qaliblərinə “Qran pri” və müxtəlif mükafatlar təqdim olunacaq. Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresi də qalibləri mükafatlandıracaqlar.
   Simfonik dirijorların I Beynəlxalq müsabiqəsi 2010-cu ildə Rumıniyada keçirilib. Müsabiqədə Azərbaycanı təmsil edən gənc dirijor Əyyub Quliyev yüksək professionallıq nümayiş etdirərək baş mükafata layiq görülüb. Simfonik dirijorların növbəti beynəlxalq yarışması 2012-ci ildə İspaniyada keçiriləcək.