“Güclü və gözəl səs”. Klassik opera sənətinin biliciləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Fidan Hacıyevanın sənətini belə qiymətləndiriblər. Sentyabrın 18-də o, İtaliyanın Sassari şəhərində opera müğənnilərinin konsertində böyük uğurla çıxış edib.
Fidan Hacıyeva konsertdə italyan müğənnisi Anna Konsolara ilə birgə “Aida” operasının ikinci pərdəsindən dueti ifa edib. Azərbaycan opera səhnəsinin bu gənc ulduzu Qaetano Donisettinin “Favoritka” operasından Leonoranın ariyasını da dinləyicilərə təqdim edib. Müğənni deyib: “Bu, ən mürəkkəb ariyalardan biridir. Mən onun üzərində çox ciddi işləmişdim. Konsertin təşkilatçıları mənim çıxışımı çox bəyəndilər. Məni noyabrın əvvəlində İtaliyanın başqa bir şəhərində keçiriləcək bir konsertə də dəvət etdilər”.
Qeyd edək ki, müğənni bu il İtaliyada bir neçə dəfə böyük uğurla çıxış edib. O, Bakıya qayıdandan sonra yeni repertuar üzərində işə başlayacaq: “Repertuarıma yeni ariyalar daxil etmək istəyirəm, italyan bəstəkarlarının əsərlərinə üstünlük verməyə çalışacağam”.