Tanınmış cazmen Şahin Növrəsli Heydər Əliyev Sarayında solo konsertlə çıxış edib. Konsertdə Şahin Növrəslinin qardaşları Nurlan, Arslan Növrəslilər də iştirak ediblər. Səhnədə Natan Pek (bas-qitara), Aleksandr Maşin (baraban), Arslan Növrəsli (tar), Nurlan Növrəsli (kamança), Kris Heminquey (saksofon) da çıxış ediblər. Şahin Növrəsli konsertdə ilk dəfə olaraq vokal imkanlarını nümayiş etdirib. Cazmen fortepianoda ifası ilə yanaşı, muğam parçası da ifa edib. Nurlan Növrəslinin kamançada ifası da izləyicilərə gözəl anlar yaşadıb.
Gecədə musiqi təsirlərinin birləşməsi, cazın milli musiqi alətləri ilə sintezi, Növrəsli qardaşları ilə bərabər müxtəlif ölkələrdən olan musiqiçilərin məharətli ifası tamaşaçılara gözəl hislər yaşadıb.
Konsert Mədəniyyət və Turizm Nazirliyi və Bakı Caz Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.