Rusiyanın “1-ci kanal”ının “Dostoyaniye Respubliki” layihəsi çərçivəsində dünya şöhrətli Azərbaycan musiqiçisi, müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr etdiyi eyniadlı televiziya verilişi hazırlanır. Tanınmış müğənni və bəstəkar Emin Ağalarov verilişin çəkilişində iştirak edib. Emin Ağalarovun saytında yer alan məlumata görə, çəkilişlər zamanı tanınmış müğənni Müslüm Maqomayevin 1973-cü ildə oxuduğu “Bremen musiqiçilərinin izi ilə” cizgi filmindən məşhur “Qızıl Günəşin şüaları” mahnısını ifa edib.
   Verilişin cari ilin oktyabr-noyabr aylarında efirə verilməsi gözlənilir.