Müstəqilliyimizin 20 illik yubileyi münasibətilə bayram konserti
   
   Sentyabrın 21-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində şəhid Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr olunmuş təntənəli bayram konserti keçirilib.
   “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan konsert proqramında respublikamızın tanınmış incəsənət ustalarının, eyni zamanda, Şuşa uşaq musiqi məktəblərinin və rayon mədəniyyət evi kollektivlərinin ifasında musiqi nömrələri təqdim olunub. “Şuşanın dağları” xalq çalğı alətləri ansamblının müşayiət etdiyi konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
   Bayram tədbirində ictimaiyyətin nümayəndələri, Milli Məclisin deputatları, Şuşa və Binəqədi rayon icra hakimiyyətlərinin məsul işçiləri iştirak ediblər.