“Avrasiya ulduzu” Beynəlxalq mahnı müsabiqəsi start götürüb. Türkiyə, Azərbaycan, Şimali Kipr, Türkmənistan, Qırğızıstan və Qazaxıstanı əhatə edən müsabiqənin qaydalarına görə, 6 ölkənin hər birində keçirilən milli seçimlərdən 1 nəfər qalib müəyyənləşdiriləcək. Sonra 6 nəfər qalib iştirakçı ölkələri gəzərək hər bir ölkənin televiziyasının canlı efirində yarışacaqdır. Münsiflərin və SMS səsverməsi nəticəsində onlardan 1-i “Avrasiya ulduzu” adına layiq görüləcək.
   Azərbaycandan bu yarışmada iştirak etmək istəyənlər İctimai Televiziyada keçirilən seçimə qatılacaqlar. “Avrasiya ulduzu” layihəsinin təşkilatçıları Azərbaycanda keçiriləcək seçimlərlə əlaqədar oktyabrın 9-da Bakıya gəliblər.
   İlkin seçimin nəticələri oktyabrın 12-də bəlli olacaq. “Avrasiya ulduzu” müsabiqəsinin final konserti oktyabrın 22-də İTV-də canlı yayımlanacaq.