Oktyabrın 14-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “British Council” və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qoşa qala qapısı meydanında “Selector” müasir musiqi festivalı keçiriləcək. İçərişəhəri müxtəlif musiqi janrlarının qovuşacağı məkana çevirəcək festival zamanı rəngarəng bədii tərtibatı ilə fərqlənəcək konsert proqramı baş tutacaq. DJ-lərin ifasında “Selector şou”, britaniyalı musiqiçilərin rok musiqisi ilə yanaşı, “İrəli” urban art klubu üzvlərinin ifasında müasir şəhər mədəniyyətini əks etdirən sənət nümunələri nümayiş olunacaq. “The Selector” Britaniyanın ən yaxşı musiqi nümunələrini beynəlxalq səviyyədə nümayiş etdirən, müasir müxtəlif janrlarını əhatə edən radio proqramdır. Proqram dünyanın 30-dan çox ölkəsində, o cümlədən Azərbaycanda yayımlanır.