Noyabrın 5-də Heydər Əliyev Sarayında müqəddəs Qurban bayramı münasibətilə geniş konsert proqramı təqdim ediləcək. Sarayın mətbuat xidmətindən bildiriblər ki, konsertdə xalq artistləri Aygün Bayramova, Nazpəri Dostəliyeva, əməkdar artistlər Tünzalə Ağayeva, Aygün Hümbətova, Teyyub Aslanov, İlqar Muradov və bir çox populyar müğənnilər çıxış edəcəklər. Eyni zamanda konsertin proqramına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı da daxil edilib. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə növbəti konsert noyabrın 14-də baş tutacaqdır. Uşaqlar üçün nəzərdə tutulan konsertin “Azad ölkənin şən uşaqları” adı altında keçirilməsi planlaşdırılır.