Oktyabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasında adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülmüş gənc musiqiçilərin dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş konserti keçiriləcək.
Konsertdə Bakı şəhərindəki Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Nərgiz Hüseynova (skripka), R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Kamil Həsənov (fortepiano), L. və M. Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Şəms Ağazadə (skripka), Kənan Mayılov (skripka), Kamran Ömərli (skripka), İsrafil Rəsulov (truba), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Vurğun Vəkilov (fortepiano), Ceyla Seyidova (skripka), Nərmin Nəcəfli (fortepiano) və Rüstəm Zeynalov (fortepiano) iştirak edəcəklər. Proqrama Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxil edilib.