Heydər Əliyev Sarayının təşkilatçılığı ilə məktəblilərin tətil günlərini daha yaddaqalan etmək məqsədilə “Azad ölkənin şən uşaqları” adlı əyləncəli konsert proqramı keçirilib. Konsertdə “Çiçəyim” uşaq teatrı, “Dəcəl qızlar”, “Şənlik” rəqs kollektivləri və “Azəri inciləri” mahnı-rəqs kollektivi iştirak ediblər. Konsertdə Heydər Əliyev Sarayının dəvəti ilə, təmənnasız olaraq, Maştağa, Zabrat, Ramana, Günəşli, 3 saylı Mərdəkan uşaq evləri, “UAFA” təşkilatı, 1 saylı körpələr evi, 11 saylı xüsusi təhsil məktəbi, psixonevroloji dispanser, “Dəcəllər” daun sindromlu uşaq evindən olan uşaqlar, Fövqəladə Hallar Nazirliyinin Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak etmiş xilasedicilərinin ailə üzvləri iştirak ediblər.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar