Azərbaycan Turizm Assosiasiyası ölkədə fəaliyyət göstərən turizm şirkətləri və mehmanxanalarla birgə gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi üçün xüsusi turpaketlərin formalaşdırılması üzərində iş aparır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, hazırda musiqi yarışması ilə bağlı ölkəyə gələcək turistlərin sayı müəyyən olunur. Bu saya müvafiq olaraq, xüsusi turpaketlər hazırlanacaq: «Orada bütün xidmətlər - Bakı hava limanında qarşılanmadan yola salınmasına qədər xidmətlər bir paket çərçivəsində təqdim olunacaq. Bu xidmətlərin təşkili üçün həm mehmanxanalar, həm yeməkxanalar, həm də nəqliyyat vasitələri ilə danışıqlar gedir”. Bununla yanaşı, təklif olunacaq tur-paketlərə “Eurovision” yarışmasına biletlərin də daxil edilməsi üçün işlər aparılır.
   Nazir bildirdi ki, "Eurovision 2012" mahnı müsabiqəsi üçün turistlərə təklif olunacaq tur-paketlər bu ilin sonuna qədər hazır olmalıdır. Gələn ilin əvvəlindən etibarən Azərbaycan Turizm Assosiasiyası internet vasitəsilə bu barədə geniş məlumat verəcək: «Mən bu işdə hələlik elə bir problem görmürəm. Beynəlxalq tədbirə böyük marağı - bütün mehmanxana və turizm şirkətləri tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün var qüvvə ilə çalışmalarını görürəm. İnanıram ki, belə də olacaq».
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar