Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşovun yaradıcılığına həsr olunmuş musiqi festivalı çərçivəsində müəllifin uşaqlar üçün yazdığı əsərlərdən ibarət konsert gerçəkləşib. “Uşaqlar gələcəyimizdir” adlı konsertdə bəstəkarın “Yeni Azərbaycan marşı”, “Əziz Vətən” mahnısı, piano üçün “Düşüncə”, “Məzəli rəqs” və s. əsərləri səslənib. Əsərləri 4 saylı Uşaq Musiqi Məktəbinin, 21 saylı Orta İxtisas Musiqi Məktəbinin, 16 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri ifa ediblər.