Əslən azərbaycanlı olan tanınmış müğənni Sami Yusif BMT-nin Dünya Ərzaq Proqramının Afrikada quraqlıqdan əziyyət çəkən insanlara dəstək kampaniyasına qoşulub. Müğənni Somali və ətraf regionları cənginə alan aclıq barədə ictimaiyyətin məlumatlılığını artırmağa yardım etmək üçün başlamış “Live Feed” kampaniyasının bir hissəsi olaraq “Unudulmuş vədlər” adlı mahnısını təqdim edib. Mahnını dinləyicilər həm internetdən, həm də Yaxın Şərqin bütün musiqi mağazalarından əldə edə biləcəklər. Alıcılar mahnını yükləməklə, müğənninin albomu almaqla yaxud www.LiveFeedAfrica.org veb səhifəsində onlayn ianələr vasitəsilə kampaniyaya dəstək ola bilərlər. 

   Mehparə