Azərbaycan Milli Konservatoriyasının 10 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təşkil edilib. Tədbirdə deputatlar, incəsənət xadimləri, ziyalılar və başqaları iştirak ediblər.
   Konsertdən əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsinə göstərilən dövlət qayğısından danışıb. Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi çıxışında bildirib ki, ali musiqi təhsili müəssisəsinin qarşısında duran başlıca məqsəd milli musiqi mədəniyyətimizin tarixinin araşdırılması, tədqiqi, təbliği və yeni istiqamətlərin meydana gəlməsi və onun dünya musiqi xəzinəsində yerinin müəyyənləşdirilməsidir.
   Yubiley tədbiri konsert proqramı ilə başa çatıb.