Fevralın 11-də Bakı Caz Mərkəzində Azərbaycanın Əməkdar artisti, mahir nağara ifaçısı Natiq Şirinovun solo-konserti keçiriləcək. Musiqiçi həmin gün möhtəşəm şou təqdim edəcək. Qeyd edək ki, Natiq Şirinov öz musiqi kollektivi ilə birlikdə yalnız Azərbaycanda deyil, həm də ölkədən kənarda məşhurdur və bir çox mükafatlar qazanıb.