Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov ABŞ-a səfərə çıxacaq. Xanəndənin okeanın o tayına səfəri fevralın 3-dən 21-dək davam edəcək. Səfərdə Alim Qasımov 4 konsert proqramı ilə çıxış edəcək. Hər konsert iki hissədən ibarət olacaq. Birinci hissədə Alim Qasımov “Kronus” kvarteti ilə çıxış edəcək, ikinci hissə isə Alim və Fərqanə Qasımovaların solo-konsertindən ibarət olacaq. Xalq artisti həmçinin 10-a yaxın ustad dərsi keçəcək, musiqiçilərlə müzakirələr aparacaq.