Koreya Respublikasının paytaxtı Seulda 20 ölkənin musiqiçilərinin iştirakı ilə “The one Yeta” adlanan konsert təşkil edilib. İştirakçıların ifasında tamaşaçılara müxtəlif kompozisiyalar təqdim olunub. Hazırda İzmir Universitetində çalışan azərbaycanlı musiqiçi Ələsgər Abbasov ifası ilə yerli tamaşaçıları heyrətləndirib. “Çox yaşa, sən Ayşə” mahnısını bir neçə alətdə (klavesin, ud, gitara) ifa edən Ə.Abbasovun çıxışı böyük alqışlarla qarşılanıb. Proqram dünya musiqiçiləri tərəfindən sülhə töhfə məqsədilə reallaşdırılıb.