Qoçaq Əsgərov Londonda çıxış edəcək
   
   Fevralın 3-də Böyük Britaniyanın paytaxtı Londonun ən nüfuzlu salonlarından birində - məşhur Kraliça Elizabet salonunda Azərbaycanın istedadlı muğam ifaçısı Qoçaq Əsgərovun və onun ansamblının konserti olacaq.
   Tədbir BBC Radio-3 tərəfindən təşkil olunmuş “Sülh yolları” layihəsi çərçivəsində keçiriləcək. Konsertə Azərbaycan musiqi sənəti həvəskarları, Britaniya ictimaiyyətinin nümayəndələri dəvət olunublar.
   Xatırladırıq ki, Qoçaq Əsgərov öz ansamblı ilə birlikdə dünyanın bir sıra ölkələrində müvəffəqiyyətlə konsertlər verib, bir neçə kompakt disk təqdim edib, Avropa-Azərbaycan Cəmiyyətinin prodüseri olduğu “Mistik muğam melodiyası Montanaya gəlir” filminin qəhrəmanlarından biri olub.