Yanvarın 31-də Belçikanın paytaxtı Brüsselin “Avropa İttifaqı” adlandırılan məhəlləsində yerləşən Concert Noble salonunda Azərbaycanın tanınmış caz ifaçısı İsfar Sarabskinin iştirakı ilə kokteyl-gecə keçiriləcək. Tədbir TEAS Avropa-Azərbaycan Cəmiyyətinin təşkilati və sponsor dəstəyi ilə gerçəkləşəcək.
   Konsertə Avropa İttifaqının siyasi xadimləri, tanınmış iqtisadçılar, diplomatlar, artistlər və digər mədəniyyət xadimləri dəvət edilib. Onlar qeyri-rəsmi şəraitdə görüşüb müxtəlif mövzularda söhbət edəcək, eyni zamanda Azərbaycan caz məktəbinin 22 yaşlı yetirməsi, 2009-cu ildə Montreux Jazz Piano Prize müsabiqəsinin laureatı olmuş İsfar Sarabskinin fortepianoda virtuoz ifasından zövq alacaqlar.