Fevralın 14-də Belarusun “Eurovision-2012” təmsilçisi seçiləcək. Milli finalda Bakıya vəsiqə qazanmaq uğrunda mübarizə aparan 5 iddiaçı arasında azərbaycanlı müğənni Günəş Abbasova da olacaq. Günəş Abbasova ilə bərabər, Alena Lanskaya, Viktoriya Aleşko, “Litesound” rok qrupu və Uzari bu ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində Belarusu təmsil etmək uğrunda yarışacaqlar.