Fevralın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri geniş konsert proqramı ilə çıxış edəcək. İtaliyalı dirijor Gianluca Marcianonun idarə edəcəyi konsertin solisti saksafon ifaçısı Emi Diksondur. Konsertin proqramına A.Qlazunov, D.Heath, A.Arenski və P.Çaykovskinin əsərləri daxil edilib.