Azərbaycanın Əməkdar artisti, opera ifaçısı Dinara Əliyeva Rusiyanın Soçi şəhərində keçirilmiş V Beynəlxalq qış incəsənət festivalında iştirak edib. Festival məşhur musiqiçi, dirijor Yuri Başmetin rəhbərliyi ilə keçirilib. Onun rəhbərliyi ilə Pyotr Çaykovskinin “Yevgeni Onegin” operasının müəllif versiyası səhnələşdirilib. D.Əliyeva operada Tatyana ariyasını ifa edib.