Fevralın 17-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Bakı şəhər musiqi məktəbləri müəllimlərinin konserti keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, konsert dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, beynəlxalq və dövlət mükafatları laureatı, SSRİ Xalq artisti və Sosialist Əməyi Qəhrəmanı Niyazinin anadan olmasının 100 illiyinə həsr olunacaq. Konsertdə Niyazinin, eləcə də Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək.