Nyu-York şəhərində yaşayan gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin fortepiano üçün yazılmış “Bütün yağan qar üçün ağ boşluqlar” ("Espacio blanco para toda la nieve") əsəri tamaşaçılara təqdim edilib. Tədbirdə ABŞ-ın müxtəlif musiqi akademiyalarında təhsil alan gənc bəstəkarların, habelə məzunların yeni əsərlərindən ibarət konsert proqramları da təqdim olunub.
   Bakı Musiqi Akademiyasının məzunu olan Türkər Qasımzadə 2011-ci ildə Manhettan Musiqi Akademiyasında magistr dərəcəsi alıb. Hazırda gənc bəstəkar Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-ın musiqi sahəsində ən qabaqcıl təhsil müəssisələrindən olan, Ohayo ştatında yerləşən Sinsinati Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq təhsilini davam etdirir.
   Bəstəkarın əsərləri ABŞ, İtaliya, İsveçrə, Latviya, Avstraliyada keçirilmiş müxtəlif müsabiqələrin ən yüksək mükafatlarına layiq görülüb.