Martın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” tamaşası səhnələşdiriləcək. Tamaşada dünya operasının ulduzu, Avropa və ABŞ-ın ən populyar ifaçılarından olan Albina Şaqimuratova da rol alacaq. Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili, Azərbaycanın Əməkdar artistləri Ayaz Abdullayev, Əli Əsgərov, Əkrəm Poladov və Fidan Hacıyeva da tamaşada çıxış edəcəklər.