Martın 1-də Alman-Azərbaycan Mədəniyyət Mərkəzi-«Kapellhaus»da sənətşünaslıq doktoru, professor Elxan Babayevin xatirəsinə ithaf olunmuş konsert keçiriləcək. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası) musiqişünaslıq və nəfəsli alətlər ifaçılığı ixtisası üzrə bitirən E.Babayev çoxsaylı müsabiqələr laureatı olmaqla yanaşı, musiqimizin, xüsusilə nəfəsli alətlər ifaçılığının inkişafı və təbliğində müstəsna rol oynayıb. Bakı Musiqi Akademiyasının prorektoru, nəfəs və zərb alətləri ifaçılığı kafedrasının rəhbəri, F.Əmirov adına Respublika Müsabiqəsinin təşəbbüskarı olub.   

  Gülər