Martın 2-də Bakı Caz Mərkəzində rusiyalı musiqiçi Aleksandr Maşin və caz müğənnisi Yuliana Roqaçevanın konserti keçiriləcək. Proqramda Azərbaycanın Əməkdar artisti Ruslan Hüseynov və beynəlxalq caz festivallarının laureatı Elçin Şirinov da iştirak edəcəklər.
   Aprelin 13-də isə Beynəlxalq Muğam Mərkəzində tanınmış latış musiqiçisi, cazmen İntars Buslulis konsert proqramı ilə çıxış edəcək. Konsert “Buta” incəsənət mərkəzi və Latviyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi əsasında təşkil olunacaq. 

   Lalə Azəri