Bu arada Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın yeni klipi hazırlanıb. Sözləri İsmayıl Dadaşova, musiqisi Vaqif Gərayzadəyə məxsus olan “Sevgi nəğməmiz” mahnısının klip çəkilişlərinə iki ay əvvəl başlanılıb.
   Eurovision.az saytının məlumatına görə, “Lider TV”-nin sifarişi və dəstəyi ilə ərsəyə gələn klipin çəkilişlərini Rusiyadan olan yaradıcı qrup həyata keçirib. Çəkilişləri Bakıda aparılan klipi tamaşaçılar təqdimat mərasimindən sonra izləyə biləcəklər.