Almaniyanın Esslinqen şəhərində keçirilən “Podium” musiqi festivalının direktoru Stiven Valter martın 5-6-da Azərbaycana gələcək. Almaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, Stiven Valter səfər çərçivəsində Bakıda bir sıra seminarlar keçirəcək. Səfərin məqsədi gənc musiqiçiləri ruhlandırmaq, festivalın Azərbaycan variantının keçirilmə imkanlarını araşdırmaqdır.