Martın 28-də Niyazinin mənzil-muzeyində Bakı şəhər musiqi və incəsənət məktəbləri müəllimlər şurasının təqdimatı ilə beynəlxalq və respublika müsabiqələri laureatlarının konserti keçiriləcək.
   Konsert dünya şöhrətli dirijor, bəstəkar, beynəlxalq və dövlət mükafatları laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, maestro Niyazinin anadan olmasının 100 illiyinə həsr olunub. Konsertdə paytaxtımızda fəaliyyət göstərən musiqi məktəblərinin şagirdləri iştirak edəcəklər.