Türkiyənin Bilkənd Universiteti musiqi liseyinin şagirdi, gənc azərbaycanlı virtuoz musiqiçi Elvin Xoca Qəniyev martın 18-dən 23-dək Madriddə keçirilmiş “Noche en Madrid” Beynəlxalq müsabiqəsinin qalibi olub.
   İspaniya, İsrail, İtaliya, Yeni Zelandiya, Rumıniya, Meksika, Yunanıstan, Serbiya, Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Türkiyə və Çindən gəlmiş 53 ifaçının arasında birinci mükafata layiq görülən Elvin Xoca Qəniyev dünya şöhrətli musiqiçi Yuri Nasuşkin-Labovskinin sədrlik etdiyi münsiflər heyətinin yekdil qərarı ilə qalib elan olunub.
   Gənc istedadların “Qızıl kitabı”na daxil edilmiş və Prezident təqaüdçüsü olan istedadlı musiqiçi bu ilin sentyabrında İsveçrədə keçiriləcək skripkaçıların Beynəlxalq Çaykovski müsabiqəsində də iştirak edəcək.