Aprelin 27-28-də “Kainat” Gənclik Mərkəzi İSESCO-nun dəstəyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin iştirakı, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə İslam dünyası gənclərinin (20 yaşadək) klassik musiqi ifaçılarının müsabiqəsini keçirəcək. Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında gerçəkləşəcək müsabiqəyə Türkiyə, Mərakeş, Misir Ərəb Respublikası, Tunis, Özbəkistan, Qazaxıstan və Rusiyadan (Tatarıstan) sifariş ərizələri qəbul olunmaqdadır.
   Azərbaycanı bu müsabiqədə təmsil edəcək iştirakçıların seçim turu martın 30-da Bakı Musiqi Akademiyasında başlanacaq.