Martın 15-dən 27-dək X Beynəlxalq Türk Dili Olimpiadası çərçivəsində G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin IV sinif şagirdi Qafar Şamilov Amerikada səfərdə olub. Məktəbin direktoru Yusif Vəliyevin bildirdiyinə görə, balaca ifaçı Virciniya ştatında keçirilən “Novruz bayramı” proqramı çərçivəsində “Ruhani”, “Əhməd gözəlləməsi” və “Cəngi” aşıq havalarını təqdim edib.
Sonra Vaşinqton şəhərində keçirilən X Beynəlxalq Türk Dili Olimpiadası çərçivəsində “Zahidəm”, “Nar danəsi” havalarını ifa edib. Bakı Türk Liseyinin müəllimi Hikmət Səfərov səfər boyu Qafarı müşayiət edib. Yeniyetmə ifaçının uğur qazanmasında liseyin müəllimlərindən Məsut Köstəkçi, Sönər Yıldız, Adəm Altuntaş və saz müəllimi Oğuzxan Mərciməyin böyük əməyi var.