Masallı şəhərindəki Gənclər mərkəzində yeniyetmə və gənclər arasında muğam ifaçılarının VI respublika müsabiqəsinin yekun turu keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Azərbaycan xalqının mədəni sərvətlərini qoruyub saxlamaq və inkişaf etdirmək, muğam sənətinə, xalq mahnıları və təsniflərə marağı artırmaq, yeni istedadlı muğam ifaçılarını aşkara çıxarmaqdır.
13-25 yaşlı yeniyetmə və gənclər arasında keçirilən müsabiqənin yekun turunda 150 nəfərədək muğam ifaçısı iştirak edir. Mayın 5-dək davam edəcək musiqi yarışmasının qaliblərinə fəxri fərmanlar, diplomlar, pul mükafatları təqdim olunacaq.