Mayın 5-də H.Sarabski adına Mədəniyyət Evi Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zorge parkında keçiriləcək “Gül bayramı” ilə əlaqədar konsert təqdim edəcək. Konsertdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəblərin kollektivləri iştirak edəcək. Mədəniyyət evinin özfəaliyyət kollektivləri ilə yanaşı, tanınmış müğənnilər çıxış edəcək.