Mayın 1-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş konserti keçirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Əməkdar müəllim, Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri direktorlar şurasının sədri Rafiq Əzizov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, onun zəngin dövlətçilik irsindən söhbət açıb.
Sonra Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri şagirdləri konsert proqramı təqdim ediblər. Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri ifa olunub.