Mayın 4-5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev Rusiyanın Stavropol diyarının Yesentuki şəhərinin F.Şalyapin adına konsert zalında və A.Skryabin adına Qafqaz Mineral Suları Dövlət Filarmoniyasında iki konsert proqramını idarə edib. Konsertlərdə müxtəlif məktəb və yaradıcılıq istiqamətlərinə aid olan bəstəkarların ispan mövzusuna həsr edilmiş əsərləri təqdim olunub. Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin «Don Kixot» simfonik qravürlərinin ifası musiqisevərlər üçün unudulmaz hadisəyə çevrilib.
   Qeyd edək ki, Ə.Quliyev Qafqaz Mineral Suları Filarmoniyasının dəvətli dirijorudur və 2009-cu ildən filarmoniyanın orkestri ilə əməkdaşlıq edir.
   
   Gülər