“Eurovision-2012” mahnı müsabiqəsi böyük musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli tədbirdir
Ölkəmizdə böyük musiqi bayramının - “Eurovision-2012” müsabiqəsinin başlanmasına bir həftədən də az vaxt qalıb. Son iyirmi ildə ictimai-siyasi, sosial-mədəni həyatın bir çox sahələrində beynəlxalq layihələrə uğurla imza atmış ölkəmiz 57-ci “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etməklə dünya miqyasında bir daha öz sözünü deyəcək.
“Müsabiqə musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır”. Bu sözlər müsabiqəni işıqlandıracaq jurnalistlərə təqdim olunan rəsmi proqram kitabçasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təbrik müraciətində yer alıb.
Azərbaycanın birinci xanımı müxtəlif ölkələrin, xalqların və mədəniyyətlərin musiqi bayramı olan “Eurovision-2012” mahnı müsabiqəsinin iştirakçıları və qonaqlarını salamlayaq ölkəmizin dünya mədəniyyəti xəzinəsinə verdiyi misilsiz töhfələri nəzərə çatdırır: “Bu dəfə bu mötəbər müsabiqə dünya musiqisevərlərinin diqqətini müsəlman Şərqində ilk opera və ilk baletin, UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş muğamın, ürəkləri riqqətə gətirən “Qarabağ şikəstəsi” kimi möcüzəli musiqinin beşiyi olan Azərbaycana yönəldir. Xalqımız dünya mədəniyyəti incilərini özündə Şərq və Qərb motivlərini, müasir ritm və qədim nəğmələri ahəngdar şəkildə birləşdirən milli musiqi əsərləri ilə daim zənginləşdirmiş, dünya musiqi mədəniyyətinin inkişafına öz töhfəsini vermişdir”.
“Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri qeyd edib ki, ölkəmizdə tarixən tolerantlıq ənənələri, mədəniyyət və sivilizasiyaların dialoqu mövcud olub. “Eurovision” mahnı müsabiqəsi keçirilən günlərdə də ifaçıları, qonaqları və tamaşaçıları, milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcək.
Müraciətdə daha sonra deyilir: “Eurovision” mahnı müsabiqəsinə hazırlıq bizdən böyük və gərgin əmək tələb etmişdir. Lakin bu gərginlik sizinlə xoş görüş ümidi ilə əvəzlənmişdir. Əminəm ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan və xalqlar arasında olan birliyi daha da gücləndirən bu musiqi bayramının, gözəl Bakımızın və qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə daim yaşayacaqdır”.
“EuroClub”da bütün qonaqlar üçün hər cür şərait yaradılıb
Mayın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Fondun birinci vitse-prezidenti Leyla Əliyeva Bakıdakı “EuroClub”da görülmüş işlərlə tanış olublar.
“EuroClub” “Eurovision” mahnı müsabiqəsi tarixində şounun bütün iştirakçılarına təqdim olunan ən möhtəşəm məkanlardandır. “EuroClub”un məqsədi bütün “Eurovision-2012” yarışması iştirakçılarının əyləncələrini təmin etməkdir. Akkreditasiyadan keçmiş bütün şəxslər burada təşkil olunan tədbirlərdə iştirak edə biləcəklər.
Həm həcminə, həm də təqdim edilən müasir işıq və səhnə avadanlığına görə Bakı “EuroClub”u uzun müddət “Eurovision” fanatlarının və iştirakçılarının yadında qalacaq. Eyni vaxtda 3 min nəfərin əylənməsi üçün nəzərdə tutulan “EuroClub”da bir neçə rəsmi ziyafətin - “Eurovision”un rəsmi açılış mərasiminin, hər yarımfinaldan sonra finala vəsiqə qazanan qaliblər üçün ziyafətlərin və final konsertindən sonra vida gecəsinin təşkili də nəzərdə tutulub.
Müsabiqə iştirakçıları
“Baku Crystal Hall” səhnəsində
Mayın 13-də “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall” və 1500-dək jurnalistin işləyəcəyi Mətbuat Mərkəzi fəaliyyətə başlayıb.
“Salam, Avropa!”, - deyə bütün iştirakçıları və qonaqları salamlayan “Eurovision” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand qeyd edib ki, Azərbaycan “Eurovision” arealının ən şərqində yerləşən ölkədir. Bütün Avropa üçün Azərbaycanı, onun mədəniyyətini və xalqını tanımaq, qonaqpərvərliyinin şahidi olmaq imkanı yaranmışdır.
Sonra arenada müsabiqə iştirakçılarının məşqlərinə də start verilib və məşqlərdən sonra ifaçılar Mətbuat Mərkəzində mətbuat konfransı keçirərək özlərinin ilkin təəssüratlarını bölüşüblər.
“Baku Crystal Hall”da məşqlərə ilk olaraq “Euro Neuro” mahnısı ilə Monteneqro təmsilçisi Rambo Amadeus başlayıb. Ümumilikdə mayın 13-də müsabiqənin 1-ci yarımfinalının iştirakçısı olan 18 ölkədən 9-nun (Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya) təmsilçiləri arenada məşq ediblər. Daha 9 ölkənin (İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya) nümayəndələri isə mayın 14-də səhnəyə çıxıblar.
Mayın 15-də arenada ikinci yarımfinalın iştirakçısı olan Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya təmsilçiləri çıxış ediblər. Daha 9 ölkənin (Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Hersoqovina, Litva) musiqiçilərinin məşqi isə bu gün, mayın 16-da gerçəkləşəcək.
Xatırladaq ki, müsabiqənin birinci yarımfinalı mayın 22-də Bakı vaxtilə saat 24.00-da başlayacaq. İkinci yarımfinal ayın 24-də, final isə mayın 26-da keçiriləcək.