“Kapellhaus” Alman-Azərbaycan Mərkəzində Bakı Musiqi Akademiyasının solo oxuma kafedrasının dosenti Svetlana Mirzəyevanın tələbələrinin iştirakı ilə vokal musiqisi konserti keçirilib. Konsertdə vokal sinfi tələbələrinin ifasında V.A.Motsart, C.Verdi, V.Bellini, T.Cilea, N.Rimski-Korsakov, K.Malçanov, A.Arenski və digər klassiklərin əsərlərindən musiqi nömrələri səslənib. Prezident təqaüdçüsü Məhərrəm Hüseynlinin ifası iştirakçılarda xoş təəssürat yaradıb.