Gənc azərbaycanlı müğənni Zaur Əmiraslanov Türkiyənin Silifke şəhərində TÜRKSOY-un təşəbbüsü ilə keçirilən II türkdilli ölkələrin mahnı müsabiqəsinin qalibi olub. Xalq artisti Brilliant Dadaşovanın da daxil olduğu Türkiyə, Ukrayna, Özbəkistan, Rusiya Federasiyası nümayəndələrindən ibarət münsiflər heyətinin qərarı ilə ikinci və üçüncü yerləri Tatarıstandan olan müğənni Alyona Şaribjanova və Türkiyə təmsilçisi Deniz Bursalı tutublar.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Silifke bələdiyyəsinin sədri Bayraməli Öngel və “TRT Avaz” televiziya kanalının baş əlaqələndiricisi Adnan Süer qaliblərə mükafatları təqdim ediblər.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Silifke bələdiyyəsinin sədri Bayraməli Öngel və “TRT Avaz” televiziya kanalının baş əlaqələndiricisi Adnan Süer qaliblərə mükafatları təqdim ediblər.