Mayın 20-də Moskvada Vladimir Spivakovun Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təşkil olunmuş “Moskva dostları qarşılayır” IX Beynəlxalq musiqi festivalı başlanıb. İyunun 2-dək davam edəcək festivalda ölkəmizdən gənc musiqiçilər - Aytən İbrahimova, Nəriman Əmiraslanov və İsmayıl Zülfüqarov iştirak edir. Qeyd edək ki, 14 yaşlı skripkaçı Aytən İbrahimova bu yaxınlarda Gənclər və İdman Nazirliyinin və İSESCO-nun dəstəyi, “Kainat” Gənclik Mərkəzinin və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən “İslam dünyası gənclərinin (20 yaşınadək) klassik musiqi ifaçılarının I Beynəlxalq müsabiqəsində uğurla çıxış edərək birinci yeri qazanıb.